23 C
Baku
Cümə axşamı, Aprel 25, 2024

Bizə yaz

Dövlət orqanlarında çalışan xadimə, dalandar, bağban və fəhlələrin maaşı artırılıb

Nazirlər Kabineti “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarında dəyişiklik edib.

Tvit.az-ın məlumatına görə, qərara əsasən, dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2022-ci il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilib:

Sıra№-siAylıq vəzifə maaşının məbləği(manatla)
1.Ali kateqoriya dövlət orqanlarında370
2.1-ci kateqoriya dövlət orqanlarında355
3.2-ci və 3-cü kateqoriya dövlət orqanlarında335
4.4-cü və 5-ci kateqoriya dövlət orqanlarında315

Həmin işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur.

Bu Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Qeyd edək ki, bundan əvvəl həmin işçilərin aylıq vəzifə maaşları aşağıdakı məbləğdə olub:

Sıra№-siAylıq vəzifə maaşının məbləği(manatla)
1.Ali kateqoriya dövlət orqanlarında310
2.1-ci kateqoriya dövlət orqanlarında295
3.2-ci və 3-cü kateqoriya dövlət orqanlarında280
4.4-cü və 5-ci kateqoriya dövlət orqanlarında260

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR