22 C
Baku
Cümə axşamı, Aprel 25, 2024

Bizə yaz

Azərbaycanın ötən il neft ixracından gəlirləri kəskin artıb

Ötən il Azərbaycan xaricə 19 483 623,56 min ABŞ dolları dəyərində 26 024 201,67 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

Tvit.az APA-ya istinadən xəbər verir ki, bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.

Məlumata görə, ixrac olunan xam neft və xam neft məhsullarının həcmi 2021-ci ilin göstəricisi ilə müqayisədə 4,03% azalsa da, dəyəri 47,4% artıb.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycan xaricə 13 218 936,05 min ABŞ dolları dəyərində 27 116 060,62 ton xam neft və xam neft məhsulları ixrac edib. İxrac olunan xam neft və xam neft məhsullarının həcmi 2020-ci ilin göstəricisi ilə müqayisədə 6,6% azalsa da, dəyəri 41,2% artıb.

Qeyd etmək lazımdır ki, hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR