14 C
Baku
Cümə, Aprel 26, 2024

Bizə yaz

Azərbaycanda inflyasiya proqnozu dəyişməz qalıb

2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı proqnozu dəyişməz qalıb.

Tvit.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, qlobal və milli iqtisadiyyatda inflyasiya amillərilə bağlı yüksək qeyri-müəyyənliklər qalır. Faktiki inflyasiya səviyyəsi azalmaya meyil etsə də mart ayında inflyasiya hədəfinin yuxarı həddini 2 dəfədən çox üstələyib. İnflyasiyanın əsas struktur komponenti olan ərzaq məhsullarının inflyasiyası 16.8% olmaqla yüksək olaraq qalır. Qeyri-ərzaq malları və xidmətlər üzrə qiymət artımı müvafiq olaraq illik əsasda 11.6% və 10.8% təşkil edir. İstehsalçı qiymətləri və idxal qiymətləri indekslərinin artım templəri ikirəqəmli səviyyədə qalır.

Belə ki, mart ayında illik artım kənd təsərrüfatı istehsalçı qiymətləri indeksi üzrə 12.7% olub. Cari ilin fevral ayında illik idxal qiymətlərinin artımı 20.4% təşkil edib. Əhalinin gəlirlərinin artdığı və stimullaşdırıcı fiskal siyasətin davam etdiyi şəraitdə məcmu tələb genişlənməkdədir. 2023-cü ilin 3 ayında əhalinin nominal gəlirləri 15.2% artıb. İnflyasiyanın xarici mühiti çox dəyişkən olaraq qalır. Beynəlxalq Valyuta Fondunun aprel proqnozuna görə qlobal inflyasiya 0.4% bəndi artırılaraq 7% səviyyəsində müəyyən edilib. Nüfuzlu ekspertlərin fikrinə görə mövcud risklərin qaldığı şəraitdə baza inflyasiya ancaq 2025-ci ildə hədəfə qayıda bilər. Qlobal maliyyə sisteminin sabitliyi ilə bağlı risklərin artması da müxtəlif kanallarla inflyasiya proseslərinə təsir edə bilər. Qeyd olunan amillər proqnozlaşdırılan inflyasiyanın qəbul edilmiş hədəfi hələ də üstələməsinə şərait yaradır.

Qeyd edək ki, baza ssenari üzrə fərziyyələrə görə 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı proqnozu dəyişməz qalır.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR