18 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

“8 Noyabr” stansiyası istismara hazırlanır

Bənövşəyi xəttin üzərində yerləşən üçüncü – “8 Noyabr” stansiyası istismara hazırlanır.

Tvit.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Qeyd edilib ki, hazırda əsas inşaat işləri yekunlaşdırıb, stansiyada son tamamlama tədbirləri yerinə yetirilir.

3 səviyyədən ibarət olan stansiya müasir metro inşaatı metod və üsulları, texnologiyalardan istifadə olunmaqla inşa edilib. Burada 13 min 365 kv. m. mərmər-qranit örtüyündən istifadə olunub.

Dörd giriş-çıxış keçidi olan stansiyaya sərnişinlərin rahat və təhlükəsiz daxil olub çıxmasını pilləkənlərlə yanaşı, 17 eskalator təmin edəcək. Stansiyada fiziki imkanları məhdud sərnişinlərin istifadəsi üçün nəzərdə tutulmuş 3 lift quraşdırılıb. 

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR