22 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

İqtisadi Zonaların İnkişafı Agentliyinin nizamnaməsi 2 aya hazırlanacaq

Nazirlər Kabineti 2 ay müddətinə İqtisadi Zonaların İnkişafı Agentliyinin nizamnaməsini hazırlayacaq.

Tvit.az- ın məlumatına görə, bu, Prezident İlham Əliyevin “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti iki ay müddətində:

– Agentliyin nizamnaməsinin layihəsini, habelə nizamnamə fondunun miqdarı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək;

– “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək;

Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində:

– Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli üçün tədbirlər görəcək;

– “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin edəcək.

Həmçinin, bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR