18 C
Baku
Cümə, Aprel 26, 2024

Bizə yaz

Xanlar Fətiyev növbəti dəfə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti seçilib

Azərbaycan Üzgüçülük Federasiyasında (AÜF) hesabat-seçki konfransı keçirilib.

Tvit.az-ın məlumatına görə, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Seçkidə 2012-ci ildən AÜF-in prezidenti vəzifəsini icra edən Xanlar Fətiyev yenidən qurumun rəhbəri seçilib. O, növbəti 4 ildə də federasiyaya rəhbərlik edəcək.

Konfransın qonaqları – gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək AÜF-ə uğurlar arzulayıblar.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR