20 C
Baku
Cümə, Aprel 19, 2024

Bizə yaz

“Turan Tovuz” və “Kəpəz” Premyer Liqaya buraxılıb

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

Tvit.az-ın məlumatına görə, iclasda 2022-2023-cü il mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün müraciət edən klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2021) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra müvafiq qərarlar verib.

Nəticədə “Turan Tovuz”la “Kəpəz” Premyer Liqaya buraxılıb.

1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilib: “Qarabağ” FK, “Neftçi” PFK, “Zirə” PFK, “Şamaxı” FK, “Sabah FK”, “Qəbələ” İK

2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməyib: “Səbail” PFK, “Sumqayıt” FK

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilib: “Səbail” PFK, “Sumqayıt” FK, “Kəpəz” PFK, “Turan Tovuz” PFK

4. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməyib: “Qaradağ-Lökbatan” FK, “Zaqatala” FK, MOİK

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2021) 13-cü maddəsinə müvafiq olaraq, 2022-2023-cü il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR