15 C
Baku
Çərşənbə axşamı, Aprel 16, 2024

Bizə yaz

“Qızıl Qlobus”un qalibləri məlum olub

Hollivud Xarici Jurnalistlər Birliyi 2021-ci il üzrə “Qızıl Qlobus” qaliblərinin adlarını açıqlayıb.

Tvit.az “TASS”-a istinadən xəbər verir ki, bu il mükafatın təşkilatçıları mərasimin ənənəvi birbaşa yayımından imtina ediblər.

Əsas nominasiyalar üzrə qaliblərin siyahısı belədir:

Ən yaxşı dram filmi – “İtin gücü”.
Ən yaxşı dram aktyoru – Uill Smit (“Kral Riçard”).
Ən Yaxşı qadın dram aktrisası – Nikol Kidman (“Rikardo olmaq”).
Ən yaxşı animasiya filmi – “Enkanto”.
Ən yaxşı xarici film – “Maşınımın sükanına keç”.
Ən yaxşı aktrisa və aktyor – Keyt Uinslet (“İsttaunlu Meyr”) və Maykl Kiton (“Breaking”).
Ən yaxşı ssenari – Kennet Brana (“Belfast”).
Ən yaxşı komediya/müzikl aktrisası – Reyçel Zeqler (“Vestsayd tarixçəsi”).
Ən yaxşı bəstəkar – Hans Zimmer (“Dyun”).
Ən yaxşı film mahnısı – “Ölməyə vaxt yoxdur” (Billi Ayliş).
Ən yaxşı dram serialı – “Varislər”
Ən yaxşı komediya/müzikl –“Vestsayt tarixçəsi”.
Ən yaxşı rejissor – Ceyn Kempion (“İtin gücü”).

Qeyd edək ki, “Qızıl qlobus” 1944-cü ildən etibarən təqdim edilən Amerika kino mükafatıdır.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR