13 C
Baku
Çərşənbə, Aprel 24, 2024

Bizə yaz

“Qarabağ”la oyunda azarkeşləri təhqir edən Samir Abasov cəzalandırılıb

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında “Neftçi”nin baş məşqçisi Samir Abasov cəzalandırılıb.

Tvit.az-ın məlumatına görə, buna səbəb çalışdırıcının Azərbaycan Premyer Liqasının IX turunda “Qarabağ”la oyunda azarkeşləri təhqir etməsidir.

Komitə bu davranışına görə, Abasovu 3 oyun şərti olmaqla 5 matçlıq diskvalifikasiya edib. Həmçinin klub 4000 manat cəriməyə məruz qalıb. Baş məşqçiyə 3 aylıq sınaq müddəti verilib.

Paytaxt təmsilçisi eyni zamanda 5 futbolçusu sarı vərəqə aldığı üçün 800 manat cərimə edilib.

“Qarabağ”ın isə azarkeşləri pirotexniki məmulatlardan istifadə etdiyi üçün 800 manat cərimə ödəməli olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu birincilərin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR