22 C
Baku
Cümə, Aprel 26, 2024

Bizə yaz

“Qarabağ” 9-cu dəfə avrokubokların qrupunda oynayacaq

“Qarabağ” tarixində ardıcıl olmaqla 9-cu dəfə avrokubokların qrupunda oynayacaq.

Tvit.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksələrək qrupda yerini təmin edib.

İki oyunun yekununda “Sürix”i keçən (3:2, 2:2) Ağdam klubu ən azı Konfrans Liqasının qrupunda olacaq.

Çempionlar Liqasının III təsnifat mərhələsinin hər bir iştirakçısı, o cümlədən “Qarabağ” iki daha nüfuzlu turnirin birinin pley-offunda oynayacaq. Bu da 2014/15 mövsümündən başlayaraq ardıcıl 8 dəfə qrupda mübarizə aparan 9-cu uğurunu rəsmiləşməsi deməkdir.

Qeyd edək ki, “Qarabağ” bir dəfə (2017/18) Çempionlar Liqasının, altı dəfə (2014/15, 2015/16, 2016/17, 2018/19, 2019/20, 2020/21) Avropa Liqasının, bir dəfə Konfrans Liqasının (2021/22) qrupunda oynayıb, ötən mövsüm bu səddi adlayaraq pley-offa yüksəlib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR