22 C
Baku
Cümə axşamı, Aprel 25, 2024

Bizə yaz

PFL-ə yeni prezident seçilib

Bu gün AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının (PFL) konfransı keçirilib.

Tvit.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, konfransda PFL prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Sərxan Hacıyev və elitanın 9 klubunun nümayəndələri iştirak ediblər.

Avrokubok oyunlarına görə səfərdə olduqlarından “Zirə”nin nümayəndəsi iclasda olmayıb. Konfransda PFL prezidenti Ramin Musayevin səhhəti ilə əlaqədar vəzifəsindən ayrılması məsələsinə baxılıb və qəbul edilib.

Daha sonra PFL prezidenti vəzifəsinə yeni seçkilər keçirilib. Elxan Səmədov yekdilliklə növbəti müddətə Peşəkar Futbol Liqasının prezidenti seçilib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR