23 C
Baku
Şənbə, Aprel 20, 2024

Bizə yaz

Çempionlar Liqası finalı: İstanbulda “Mançester Siti” və “İnter” qarşılaşacaq

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi başa çatıb.

Tvit.az  xəbər verir ki, sonuncu matçda “Real Madrid”lə “Mançester Siti” qarşı-qarşıya gəlib.

İlk oyunda İspaniyada 1:1 hesablı heç-heçə edən “Mançester Siti” doğma – “Etihad” stadionunda inamlı qələbə qazanıb – 4:0.

Final matçı iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda baş tutacaq.

Həlledici qarşılaşmada İtaliyanın “İnter” klubu “Mançester Siti” ilə qitənin ən nifuzlu titulu uğurunda mübarizə aparacaqlar.

UEFA Çempionlar Liqası, 1/2 final. “Etihad” stadionu.

“Mançester Siti” (İngiltərə) – “Real Madrid” (İspaniya) – 4:0 (1:1)

Qollar: Bernardu Silva, 23; 37. Eder Militao, 76 (avtoqol). Xulian Alvares, 90+1

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR