16 C
Baku
Çərşənbə axşamı, Aprel 16, 2024

Bizə yaz

Azərbaycan güləşçisi Olimpiadada erməniyə qalib gələrək medal qazanıb

Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti medalını qazanıb.

Tvit.az xəbər verir ki, yığmamızın aktivinə 3-cü mükafatı yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) əlavə edib. İkiqat Avropa çempionu tunisli Lamyed Maafi ilə üz-üzə gəlib. Qarşılaşma Hüseynovun tam üstünlüyü ilə (11:1) yekunlaşıb.

33 yaşlı idmançımız bürünc medal uğrunda ermənistanlı Karapet Çalyanla görüşüb və 4:1 hesabı ilə qələbə qazanıb. Bu qələbə həmyerlimizi Olimpiya üçüncüsü edib.

Bununla da millimizin aktivindəki medalların sayı 3-ə çatıb. Hüseynovdan öncə cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Dominqes (81 kq) bürünc mükafata yiyələnib.

Qeyd edək ki, Tokio-2020-yə 44 idmançı ilə yollanan komandamızın heyətində artıq 31 atlet çıxışını başa vurub.Foto

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR