15 C
Baku
Cümə axşamı, Aprel 25, 2024

Bizə yaz

Avropa Liqasında “Qarabağ”ın rəqibləri müəyyənləşib

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşib.

Tvit.az Apasport.az saytına istinadən xəbər verir ki, bu, qitənin ikinci dərəcəli klub turnirində qrup mərhələsinin püşkatması zamanı bəlli olub.

Türkiyənin İstanbul şəhərində keçirilən tədbirdə Qurban Qurbanovun yetirmələri G qrupuna düşüb. Azərbaycan çempionu bu mərhələdə “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya) və “Nant” (Fransa) ilə mübarizə aparacaq.

Qrup mərhələsinin oyunlarına sentyabrın 8-də start veriləcək. Matçların təqvimi yaxın müddətdə açıqlanacaq.

Qeyd edək ki, avrokubok mövsümünə Çempionlar Liqasında başlayan “Qarabağ” “Lex” (0:1, 5:1), “Sürix” (3:2, 2:2), “Ferensvaroş” (1:1, 3:1) və “Viktoriya” (1:1, 1:2) ilə qarşılaşıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR