22 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

Zelenski Ukraynanın itkilərini 550 milyard dollar qiymətləndirib

“Müharibə başlayandan indiyə kimi Ukrayna təxminən 550 milyard itirib”.

Tvit. az xəbər verir ki, bu barədə APA “RİA Novosti“yə istinadən məlumat yayıb. Məlumata görə , Ukrayna Prezidenti Vladimir Zelenski Dünya Bankının yaz sessiyasının tədbirləri çərçivəsində keçirilən dəyirmi masasında iştirak edərkən deyib ki, ilkin hesablamalara görə, Ukrayna dağıntılar nəticəsində 550 milyard itirib.

Onun sözlərinə görə, ölkədə iqtisadiyyatı bərpa etmək üçün ayda 7 milyard dollara qədər ehtiyac var.

Ukraynanın baş naziri Denis Şmıqal öz növbəsində bildirib ki, bu il dövlətin ÜDM-i 30-50% azala bilər. O əlavə edib ki, xüsusi əməliyyat nəticəsində itkilər, ilkin təhlilə görə, 560 milyard dolları ötür.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR