21 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

Zelenski: “Ukrayna heç vaxt NATO-ya qoşula bilməyəcək”

Etiraf etməliyik ki, Ukrayna heç vaxt NATO-ya qoşula bilməyəcək.

Tvit.az xəbər verir , bu barədə APA BBC-yə istinadən məlumat yayıb. Ukrayna Prezidenti Vladimir Zelenski Birgə Ekspedisiya Qüvvələrinin liderləri ilə onlayn görüşdə deyib.

“İllərdir ki, biz “açıq qapı”lar haqqında eşidirik. Lakin biz həm də eşitmişik ki, ora daxil ola bilmərik. Bu həqiqətdir, biz bunu etiraf etməliyik”, – Ukrayna Prezidenti bildirib.

Zelenski əlavə edib ki, Rusiya ilə həmsərhəd ölkələr NATO xaricində müstəqil müdafiə imkanları barəsində düşünməlidirlər. Zelenksi görüşdə bir daha NATO-nu Ukraynanın hava məkanını bağlamağa çağırıb. O vurğulayıb ki, Kiyev bunun mümkün nəticələrindən xəbərdardır.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR