Ukrayna prezidenti Vladimir Zelenski Amerika Birləşmiş Ştatlarına səfər edəcək.
Tvit.az APA-ya istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
ABŞ prezidenti Co Baydenin Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü planlaşdırılır.
Bildirilib ki, Zelenskinin ABŞ-a qəfil səfəri Bayden administrasiyasının Ukraynaya “Patriot” zenit-raket komplekslərinin daxil olduğu yeni yardım paketi göndərməsi ilə üst-üstə düşür.
Dekabrın 21-də Ukrayna Prezidenti Vladimir Zelenski Nümayəndələr Palatasının və Konqresin birgə iclasında çıxış edəcək.
Bu Rusiya-Ukrayna müharibəsindən sonra Zelenskinin ilk xarici səfəri olacaq.