21 C
Baku
Bazar, Sentyabr 22, 2024

Bizə yaz

Zelenski azad edilmiş Xerson şəhərinə səfər edib

Ukrayna Prezidenti Vladimir Zelenski yeni azad olunmuş Xersona səfər edib.

Tvit.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın cənubundakı Xerson vilayətinin Rusiyanın nəzarətindən yenicə azad edilmiş Xerson şəhərinə səfər edir”, – “Reuters“in məlumatında qeyd olunub.

Ukraynanın Avstriyadakı keçmiş səfiri Aleksandr Şerba da “Twitter” hesabında Prezident Zelenskinin Xersona gəldiyini bildirib.

Xatırladaq ki, noyabrın 11-də Rusiya qoşunları Xersondan geri çəkilib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR