20 C
Baku
Şənbə, Sentyabr 21, 2024

Bizə yaz

Zaxarova: “Moskva Türkiyənin hava məkanını bağlamaq qərarına anlayışla yanaşır”

“Moskva Ankaranın Türkiyə hava məkanını Suriyaya uçan Rusiya təyyarələri üçün bağlamaq qərarına anlayışla yanaşır”.

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Demək istərdim ki, əslində bir aydan çoxdur ki, Ankara bu marşrutdan istifadə etməmək xahişi ilə Rusiya tərəfinə müraciət etmişdi. Bu müraciətin səbəbləri bizə aydın idi və hazırda Rusiya tərəfi bu marşrutdan istifadə etmir. Lakin bu tarixçə bu günün məsələsi deyil, təxminən bir aya yaxındır ki, var”, – Rusiya XİN sözçüsü vurğulayıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR