22 C
Baku
Bazar ertəsi, Sentyabr 16, 2024

Bizə yaz

Zaxarova hesab edir ki, NATO xarici işlər nazirləri istefa verməlidir

NATO-ya üzv ölkələrin Xarici İşlər nazirliklərinin rəhbərləri Ukrayna naziri Dmitri Kulebadan nümunə götürməli və istefa verməlidir.

Tvit.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

İsveçin xarici işlər naziri Tobias Billström-ün vəzifəsini tərk etmək qərarını şərh edən Zaxarova ümid etdiyini bildirib ki, o, bu addımı “ukraynalı həmkarı ilə həmrəylik əlaməti olaraq” atmağa qərar verib.

“Bu fleşmob sadəcə olaraq NATO ölkələrində viral olacaq”, – diplomat şəxsi Telegram kanalında yazıb.

Bundan əvvəl İsveçin xarici işlər naziri Billström qarşıdakı həftə istefa verəcəyini bildirmişdi. O, siyasətdən tamamilə getməyə hazırlaşdığını qeyd edib.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR