16 C
Baku
Bazar, Sentyabr 22, 2024

Bizə yaz

Yair Lapid: İsrail iki xalq üçün iki dövlət yaratmağa hazırdır

Təl-Əviv münaqişəyə son qoymaq üçün iki dövlətin – israillilər və fələstinlilərin yaradılmasına hazırdır.

Tvit.az APA-ya istinadən xəbər verir ki, bunu sentyabrın 22-də BMT Baş Assambleyasında İsrailin baş naziri Yair Lapid deyib.

“Fələstinlilərlə iki dövlət əsasında razılaşma İsrailin təhlükəsizliyi, iqtisadiyyatı və uşaqlarımızın gələcəyi üçün doğru addımdır”,-deyə Yair Lapid bildirib.

Nazir bildirib ki, bu, həm də İsrail xalqının əksəriyyətinin fikridir.

“Bizim yalnız bir şərtimiz var: gələcək Fələstin dövlətinin sülhsevər olması, onun İsrailin rifahını və varlığını təhdid edən başqa bir terror bazasına çevrilməməsi”, – baş nazir bildirib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR