20 C
Baku
Şənbə, Sentyabr 21, 2024

Bizə yaz

XİN: Rusiya Ukraynada nüvə silahı tətbiq etmək niyyətində deyil

Rusiya Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat zamanı nüvə silahı tətbiq etmək niyyətində olmadığını bəyan edib.

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev bu gün keçirdiyi brifinqdə bildirib.

“Biz dəfələrlə Rusiyanın xüsusi hərbi əməliyyatda nüvə silahından istifadə edə biləcəyi ilə bağlı eyhamları təkzib etməli olmuşuq. Bu, düşünülmüş yalandır”, – Rusiya XİN rəsmisi vurğulayıb.

O əlavə edib ki, Rusiya “nüvə müharibəsində qalib ola bilməz və nüvə müharibəsinə başlamaq olmaz” prinsiplərinə möhkəm sadiqdir: “Keçən il məhz Rusiya ABŞ-ı, sonra isə bütün nüvə beşliyini bu prinsipə sadiq olduqlarını təsdiq etməyə inandıra bilmişdi”.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR