18 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

Xersonda azərbaycanlılar arasında tələfat barədə məlumat yoxdur

“Bu gecə saat 03.00-dan başlayaraq saat 08.30-a qədər Rusiya ordusu hava qüvvələrinin də dəstəyi ilə Xerson vilayətinə geniş miqyaslı hücum həyata keçirdi”.

Tvit.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ukrayna Xerson Azərbaycanlıları Diaspor Təşkilatı Ağsaqqallar Şurasının sədri Əlimərdan Kərimov bildirib.

Ə. Kərimov bildirib ki, külək və qarın kəsməsi hava qüvvələrindən istifadə edilməsinə üçün əlverişli zəmin yaradıb. Əsas hücum dəniz limanları istiqamətindən olub. Hücum nəticəsində Xerson şəhəri, Belozyorsk rayonu da daxil olmaqla, vilayətin əksər yaşayan məntəqələri Rusiya Ordusunun nəzarətinə keçib. O cümlədən Belozyorsk rayonunun Çernobayevka kəndi yaxınlığında yerləşən Xerson Beynəlxalq Hava Limanı və hərbi aerodrom da Rusiya Ordusunun nəzarətindədir.

Ə. Kərimov qeyd edib ki, Xerson vilayət və şəhər rəhbərliyi ilə əlaqə saxlayırlar, şəhərdə hazırda elektrik, qaz, su yoxdur: “Biz soydaşlarımızı evlərində qalmağa çağırmışıq. Hər tərəfdən mühasirədə olduğumuz hazırda nisbətən təhlükəsiz məkan evlərdir. Şükür, hələ soydaşlarımız arasında tələfat və xəsarət alanlar barədə məlumatlar yoxdur”.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR