22 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

Viktor Medvedçuk Putin və Zelenskiyə müraciət edib

Dövlətə xəyanətdə şübhəli bilinən, bir müddət əvvəl Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən həbs olunan oliqarx və keçmiş millət vəkili Viktor Medvedçuk Ukrayna prezidenti Vladimir Zelenskiyə və Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

Tvit. az xə\bər verir ki, bu barədə APA UNIAN-a istinadən xəbər yayıb. Xəbərə görə, Ukrayna Təhlükəsizlik Xidməti onun videomüraciətini yayıb.

Medvedçuk Zelenski və Putindən onu Mariupolun müdafiəçiləri və sakinləri ilə dəyişməyi xahiş edib.

“Mən, Medvedçuk Viktor Volodimiroviç, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə və Ukrayna Prezidenti Vladimir Zelenskiyə müraciət etmək istəyirəm ki, məni Ukrayna tərəfi ilə, Mariupolun müdafiəçiləri və bu gün orada olan və oradan humanitar dəhlizlər vasitəsilə təhlükəsiz şəkildə çıxa bilməyən sakinlərlə dəyişdirsinlər”, – Medvedçuk deyib.

Xatırladaq ki, aprelin 12-də Vladimir Zelenski Viktor Medvedçukun Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanıldığını bildirib. Daha sonra dövlət başçısı əsir götürülmüş ukraynalıları Medvedçukla dəyişməyi Rusiyaya təklif edib. Medvedçuk iki cinayət işi üzrə dövlətə xəyanətdə şübhəli bilinir.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR