20 C
Baku
Cümə, Aprel 26, 2024

Bizə yaz

ÜST Cənubi Afrikada yayılan koronavirusun yeni variantına “Omikron” adını verib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrikada yayılan koronavirusun yeni variantına (B. 1.1.529) yunan hərfi olan “Omikron” (VOC – narahatlıq variantı kimi təyin edilib) adını verib.

Tvit.az-ın məlumatına görə, bu barədə təşkilatın saytında bildirilib.

Qeyd edilib ki, yeni variant çox sayda mutasiya edir və bunların bəziləri narahatlıq doğurur: “VOC ştammları yüksək yoluxucudur. Onlar daha asan yayılır, daha ağır xəstəliklərə səbəb olur, orqanizmin immun reaksiyasından yayınır”.

Bu baxımdan təşkilat yoluxmaya nəzarəti və ardıcıllığı gücləndirməyi tövsiyə edib. Eyni zamanda UST rəhbərliyi dövlətlərdən VOC infeksiyası ilə əlaqəli qruplar haqqında məlumat verməsini gözlədiklərini diqqətə çatdırıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR