25 C
Baku
Bazar, Sentyabr 22, 2024

Bizə yaz

Ukraynanın raket hücumu nəticəsində Rusiyanın 89 hərbçisi ölüb

Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətinin Makeyevka rayonunda yerləşən Rusiya hərbçilərinin müvəqqəti yerləşdirildiyi məntəqəyə zərbə endirməsi nəticəsində həyatını itirən Rusiya hərbçilərinin sayı 89-a çatıb.

Tvit.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, dekabrın 31-dən yanvarın 1-ə keçən gecə Ukrayna ordusu “HIMARS” reaktiv yaylım atəş sistemindən Makeyevkada yerləşən Rusiya Silahlı Qüvvələrinin müvəqqəti dislokasiya məntəqəsinə zərbə endirib.

Rusiya Müdafiə Nazirliyi yanvarın 2-də yaydığı məlumatda 63 hərbçisinin həlak olduğunu açıqlamışdı.

Nazirlik onu da bildirib ki, ölənlər arasında alay komandirinin müavini, polkovnik-leytenant Baçurin də var.

Rusiya Müdafiə Nazirliyi hadisənin əsas səbəbi kimi şəxsi heyətin qadağaya zidd olaraq mobil telefonlardan kütləvi şəkildə istifadə etməsini göstərib.

Qeyd olunub ki, faciənin günakarları məsuliyyətə cəlb ediləcək və gələcəkdə belə hadisələrin baş verməməsi üçün lazımi tədbirlərin görüləcək.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR