18 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son vəziyyət barədə məlumat yayıb

Rusiya qüvvələri Ukraynanın şərqində və Kiyev vilayətinin şimalında aerodromlara, Ukrayna silahlı qüvvələrinə aviazərbələr endirməydə davam edir.

Tvit.az-ın xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rəsmi “Facebook” səhifəsində məlumat yayıb.

Məlumatda bildirilib ki, Rusiya Ukrayna ilə həmsərhəd ərazilərə ehtiyat hissələr yerləşdirməyə başlayıb və Ukraynanın şərqində, Kiyev vilayətinin şimalında aerodromlara, Ukrayna silahlı qüvvələrinə aviazərbələr endirməkdə davam edir. Sumı, Poltava, Mariupol rayonlarına tək hava zərbələri endirilib.

Qeyd olunub ki, Rusiya Qara dənizdən Ukrayna ərazisinə “Kalibr” dəniz versiyalı qanadlı raketlər atıb: “Rusiya aviasiyasının taktiki əməliyyatları Belarus ərazisindən və müvəqqəti işğal olunmuş Krım ərazisindən idarə olunur. Şərq Hərbi Dairəsinin 35-ci Əlahiddə Ümumqoşun Ordusunun batalyon taktiki qrupları Ukrayna ərazisindəki hədəflərə zərbə endirmək üçün istifadə olunan Mozır rayonunda yerləşir. Şumski ərazisində onlarla tank bölməsi və Kosovşina bölgəsində BM-21 “Qrad” çoxsaylı buraxılış raket sistemləri yerləşdirilib”.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında qeyd edilib ki, Rusiya ordusu Yujnı və Odessada, Kiyev vilayətində mülki infrastruktur obyektlərinə aviasiya zərbələri endirib:

“Slobojanski istiqamətində Ukrayna silahlı qüvvələrinin qoşunlarının əməliyyat qrupu düşmənin hücumunu dayandırıb və Xarkov vilayətində müdafiə döyüşlərini davam etdirir. Axtırkada şəhər döyüşləri gedir.”

Baş Qərargah Ukrayna Hərbi Hava Qüvvələrinin Rusiyanın aviazərbələrini dəf etdiyini və Rusiyanın İL-76MD hərbi-nəqliyyat təyyarəsinin məhv edildiyini bildirib:

“Kiyev, Çerniqov və Xerson vilayətlərində Rusiyanın canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Birləşmiş Qüvvələr müdafiə əməliyyatı aparır və bütün demarkasiya xətti boyunca mövqelərini saxlayır” – məlumatda vurğulanıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR