15 C
Baku
Cümə axşamı, Mart 28, 2024

Bizə yaz

Ukrayna PUA-larla Kremlə zərbə endirməyə cəhd göstərib – VİDEO

Bu gün gecə Ukrayna pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Rusiya Prezidenti Vladimir Putinin Kremldəki iqamətgahına zərbə endirməyə cəhd göstərib.

Tvit.az xəbər verir ki, bu barədə Kremldən bildirilib.

Qeyd edilib ki, PUA hücumu nəticəsinə Prezident Vladimir Putin xəsarət almayıb, o, adi qaydada öz işini davam etdirir.

Rusiya hərbçiləri və xüsusi xidmət orqanları hücum edən iki PUA-nı sıradan çıxarıb, itki olmayıb.

Kreml hücum cəhdini Qələbə Günü ərəfəsində planlaşdırılan terror aktı və Rusiya Federasiyası Prezidentinin həyatına qəsd kimi qiymətləndirir.

“Rusiya lazım bildiyi yerdə və nə vaxt Kremlə zərbə endirmək cəhdinə cavab vermək hüququnu özündə saxlayır”, – məlumatda deyilir.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR