31 C
Baku
Çərşənbə, Sentyabr 11, 2024

Bizə yaz

Ukrayna ordusunda bölmələri tərk edən əsgər sayı artıb

Ukrayna Silahlı Qüvvələrində bölmələrin icazəsiz tərk edilməsi hallarının sayında əhəmiyyətli artım müşahidə olunur.

Tvit.az xəbər verir ki, bu barədə “Ukrayinska pravda” nəşri məlumat yayıb.

Psixoloji dəstək sistemində xidmət edən zabit qeyd edib ki, Ali Rada cəzanın yüngülləşdirilməsi haqqında qanunu qəbul etdikdən sonra qaçan hərbi qulluqçuların sayı xeyli artıb. “Bölmələrdə kifayət qədər insan yoxdur, ona görə də demək olar ki, heç kimin məzuniyyətə çıxmasına icazə verilmir” ,- deyə o, bildirib.

Başqa bir hərbi psixoloq nəşrə bildirib ki, son bir ildə ukraynalı əsgərlər hallüsinasiyalardan daha tez-tez şikayət etməyə başlayıblar.

Avqustun 20-də Rada ilk dəfə fərarilik etmiş və ya hərbi hissəni icazəsiz tərk etmiş hərbi qulluqçuları ibtidai istintaq başa çatanadək xidmətə qayıtmaq istədikləri təqdirdə cəzalandırmamağa imkan verən qanun qəbul edib. Sənədin izahatında qeyd edilir ki, fərari xidmət yerinə qayıtmaq istəyini müstəntiqə və ya prokurora bildirdikdə, hərbi hissə komandiri onun qayıtmasına razı olduğu halda cinayət məsuliyyətindən azad ediləcək. Qeyd olunur ki, analoji qaydalar hərbi vəziyyət dövründə də tətbiq olunacaq.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR