18 C
Baku
Şənbə, Sentyabr 21, 2024

Bizə yaz

Ukrayna müharibədə həlak olan hərbçilərinin sayını açıqlayıb

Ukrayna altı aydır davam edən Rusiya ilə müharibədə 9 minə yaxın qəhrəmanını itirib.

Tvit.az  xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı forumda deyib.

“Bu müharibədə nəinki hərbi qulluqçular, nəinki əlinə silah götürənlər – bizim balaca övladlarımız iştirak edir ki, onların heç bir günahı yoxdur, onların “günahı” yalnız burada doğulmasıdır. Onlar həqiqətən nə baş verdiyini anlamırlar, lakin onların həm Soledar, Baxmut, Velika Novosilka yaxınlığında, həm də burada müdafiəyə ehtiyacı var, çünki ataları cəbhəyə gedib və ölən 9000-ə yaxın qəhrəman arasında ola bilər”, deyə Zalujnı bildirib.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Qərargahının məlumatına görə, müharibə zamanı 45 500-ə yaxın rusiyalı hərbçi öldürülüb. Rusiya hərbi itkilərini açıqlamayıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR