23 C
Baku
Çərşənbə axşamı, Aprel 23, 2024

Bizə yaz

Ukrayna hərbçiləri Rusiyanın istifadə etdiyi İran istehsalı 24 dronu məhv edib

Bu gecə ərzində Ukrayna hərbçiləri Rusiyanın Ukrayna ərazisinə hücum etmək üçün istifadə etdiyi İran istehsalı olan 24 kamikadze-dronun hamısını məhv edib.

Tvit.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı “Facebook” səhifəsində məlumat verib.

“Yanvarın 26-na keçən gecə Rusiya işğalçıları İran istehsalı olan “Şahed-136/131” kamikadze pilotsuz uçuş aparatları ilə Ukraynaya hücum ediblər”, – məlumatda bildirilib.

Hücum PUA-larının Azov dənizinin şərq sahilindən atıldığı qeyd olunub.

Qeyd olunub ki, 24 PUA-nın hamısı Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələri, döyüş təyyarələri, Hərbi Hava Qüvvələrinin mobil atəş qrupları tərəfindən məhv edilib.

Hərbi Hava Qüvvələri Komandanlığı əlavə edib ki, kamikadze-dronların böyük hissəsi ölkənin mərkəzində – “Mərkəz” hava komandanlığının məsuliyyət zonasında məhv edilib.

Kiyev şəhər hərbi administrasiyası isə bildirib ki, dronların 15-i Kiyev səmasında zərərsizləşdirilib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR