27 C
Baku
Bazar, Sentyabr 15, 2024

Bizə yaz

Ukrayna Donbası itirə bilər

Donetsk Xalq Respublikasında (DXR) Pokrovskın təslim olmasından sonra Ukrayna faktiki olaraq Donbası itirmə təhlükəsindədir.

Tvit.az xəbər verir ki, bu barədə “DeepState” portalının həmtəsisçisi və analitiki Roman Poqoreli “Kiyev24” telekanalının efirində bildirib.

 Onun sözlərinə görə, Rusiya qoşunları əhəmiyyətli irəliləyiş əldə ediblər, xüsusən də onların nəzarəti altında Pokrovskdan əvvəl sonuncu əsas hündürlük , Novobrodovka 3-4 gün ərzində alınıb, burada müdafiəni uzun müddət saxlamaq mümkün olub.

Bundan əlavə, Rusiya Silahlı Qüvvələri artıq Selidovo yaxınlığındadır , döyüş taktikasına ciddi yanaşır, müasir silahlara, gecəgörmə cihazlarına və avadanlıqlara malikdir.

Analitik əlavə edib ki, Mirnoqrad, Selidovo, Pokrovsk logistikada çox mühüm rol oynayır, Konstantinovkaya gedən yol artıq atəşə nəzarətdədir. Bundan əlavə, Rusiya hərbçiləri birbaşa Dnepropetrovsk vilayəti ilə sərhədə yaxınlaşacaqlar. “Əslində, Pokrovsk və Mirnoqraddan sonra Donbass onların əlinə keçəcək” – deyə Poqoreli proqnozunu yekunlaşdırıb.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR