24 C
Baku
Şənbə, Sentyabr 21, 2024

Bizə yaz

Türkiyənin Muğla vilayətində meşə yanğını baş verib

Tvit.az  xəbər verir ki, yanğın Marmaris rayonunda qeydə alınıb. Yanğınla mübarizəyə canlı qüvvə və helikopterlər cəlb olunub. Daxili işlər naziri Süleyman Soylu hadisə yerindədir.

250 hektar ərazini əhatə edən yanğının söndürülməsinə 20 helikopter və 14 təyyarə cəlb olunub.

Yanğının qarşısının alınmasında ümumilikdə 1494 yanğınsöndürən, 363 yanğınsöndürən maşın və 39 texnika iştirak edir.

Daxili işlər naziri Süleyman Soylu, kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi və digər rəsmi şəxslər yanğın bölgəsindədir.

Yanğının səbəbləri hələlik məlum deyil. Dronlar tərəfindən aşkarlanan yanğın küləyin təsiri nəticəsində qısa müddətdə böyük əraziyə yayılıb.

Yanğın təhlükəsi ilə əlaqədar 30 ev təxliyə edilib.

Daxili işlər naziri Soylu yanğının sabotaj olması ehtimalının araşdırıldığını bildirib.

Türkiyədə meşə yanğının söndürülməsinə 20 helikopter, 14 təyyarə cəlb olunub - YENİLƏNİB-4
Türkiyədə meşə yanğının söndürülməsinə 20 helikopter, 14 təyyarə cəlb olunub - YENİLƏNİB-4

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR