18 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

Türkiyənin müdafiə naziri Montrö boğazlar konvensiyası ilə bağlı açıqlama verib

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Rusiya-Ukrayna müharibəsindən sonra gündəmə gələn Montrö boğazlar konvensiyası ilə bağlı açıqlama verib.

Tvit.az xəbər verir ki, bu barədə APA NTV-yə istinadən xəbər yayıb. Məlumata görə, Akar konvensiyanın aşındırılmasının heç kimə fayda gətirməyəcəyini vurğulayıb.

O qeyd edib ki, indiyədək olduğu kimi Montrö boğazlar konvensiyasının 19, 20 və 21-ci maddələrinin tətbiqini davam etdirəcəklər: “Hər hansı şəkildə Montrönün aşındırılması, status-kvonun pozulması kimsəyə fayda gətirməz. Montrönün qorunmasında fayda görürük. Bu çərçivədə çalışmalarımızı davam etdiririk. İndiyədək olduğu kimi Montrö boğazlar konvensiyasının 19, 20 və 21-ci maddələrinin tətbiqini davam etdirəcəyik”.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR