8 C
Baku
Cümə axşamı, Mart 28, 2024

Bizə yaz

Tina Terner vəfat edib

Tanınmış ABŞ əsilli isveçrəli müğənni Tina Terner vəfat edib.

Tvit.az xəbər verir ki, o, 83 yaşında dünyasını dəyişib.

Əsl adı Anni Mey Bullok olan ABŞ əsilli İsveçrəli müğənni Tina Terner “Rok and Roll Kraliçası” olaraq adlandırılıb.

Tina əvvəllər gecə klublarında müğənni kimi səhnəyə çıxsa da, sonradan gələcək həyat yoldaşı gitaraçı İka Terner onun istedadını kəşf edib.

Daha sonra o, İka Ternerin yaratdığı qrupa vokalist olaraq qoşulur və solo karyerasına qədər artıq burda – “İke and Tina Turner Revue” qrupunda aparıcı müğənni kimi şöhrət qazanır.

“Let’s Stay Together” mahnısı isə müğənninin karyerasında əsaslı dönüş nöqtəsinə səbəb olur. O, bununla da, solo ifaçılıqda dünya şöhrəti qazanır. Bu ifa ilə o vaxtın ingilis “Top 10″una daxil olur.

Dünya şöhrətli müğənni 2 Qremmi mükafatının sahibidir.

Tina Terner müğənnilikkə yanaşı özünü filmdə və yazıçılıqda da yoxlayıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR