22 C
Baku
Cümə axşamı, Sentyabr 19, 2024

Bizə yaz

Telman İsmayılova görə Monteneqro dövlət katibinin Rusiyaya girişinə qadağa qoyulub

İş adamı Telman İsmayılova sığınacaq verdiyinə görə Monteneqronun Daxili İşlər Nazirliyinin dövlət katibi Zoran Milyaniçin Rusiyaya girişinə qadağa qoyulub.

Tvit.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, fevralın 2-də Rusiya Xarici İşlər Nazirliyinin Zoran Milyaniçin ölkəyə girişinin qadağan edilməsi ilə bağlı notası Monteneqronun Rusiyadakı səfirliyinə göndərilib.

Qeyd olunub ki, bu tədbir Monteneqro hakimiyyətinin 2021-ci ilin oktyabrında atdığı qeyri-dost addıma – Rusiya vətəndaşı olan Telman İsmayılova siyasi sığınacaq verməsinə Xarici İşlər Nazirliyinin cavabıdır.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR