Tailandda güclü külək nəticəsində gəmi batıb.
Tvit.az APA-ya istinadən xəbər verir ki, hadisə Tailand körfəzində baş verib.
Gəminin 106 nəfərlik heyətindən 71-i xilas edilib, 31 dənizçinin isə axtarışları davam edir.
Qəza yerinə xilasedici gəmi və helikopterlər cəlb edilib.