18 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

Təyyarə qəzasıyla bağlı ilkin detallar məlum oldu

İndoneziyanın “Sriwijaya” aviaşirkətinə məxsus “Boeing-737-500” sərnişin  təyyarəsinin parçalanmasına səbəb laynerin çırpılması ola bilər. Bu barədə İndoneziyanın Milli Nəqliyyat Təhlükəsizliyi Komitəsi məlumat yayıb. “Bu, son nəticə deyil. İlkin məlumatlar təyyarənin suya düşməsi nəticəsində məhv olduğunu göstərir” – deyə, komitənin hava təhlükəsizliyi istintaqının rəhbəri Nurkahio Utomo bildirib. O əlavə edib ki, təyyarə havada parçalansaydı, onun qalıqları daha böyük əraziyə səpələnərdi. Xatırladaq ki, layner Cakarta hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra naməlum səbəbdən dənizə düşüb. Pontianak istiqamətində hərəkət edən təyyarənin göyərtəsində 62 nəfər olub.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR