19 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

Stoltenberq: “NATO-ya qoşulmaq Ukraynanın seçimidir”

NATO ölkələri Ukraynaya bəlli dəstək göstərir. Bunu illər əvvəl təlimlər və silah vermək yolu ilə də etmişik.

Tvit.az APA-ya istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Antalya Diplomatiya Forumunda çıxışı zamanı deyib.

“Bu müharibə Ukrayna xalqının və hakimiyyətinin cəsarətini göstərdi, onlar Rusiyanın işğalını yavaşlatdı. Əlbəttə, danışıqlar çox önəmlidir, amma biz Rusiyanın Ukraynanın ərazisini işğal etdiyinə görə müəyyən addımlar atmalıyıq. Rusiya müstəqil ölkələrin seçimlərinə hörmət etməlidir”, – Baş katib bildirib.

Stoltenberq qeyd edib ki, Ukraynanın NATO-ya qoşulmaq istəyi onun haqqı, seçimidir və alyans buna hörmət edir, alqışlayır.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR