19 C
Baku
Çərşənbə, Aprel 24, 2024

Bizə yaz

Sinan Oğan prezident seçkilərinin II turunda Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb

Sinan Oğan Türkiyədəki prezident seçkilərinin ikinci turu ilə bağlı qərarını açıqlayıb.

Tvit.az xəbər verir ki, o, bu gün keçirdiyi brifinqdə prezident seçkilərinin II turunda “Cümhur İttifaqı”nın namizədi, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bəyan edib.

Onun sözlərinə görə, parlamentdə çoxluq qazanan “Cümhur İttifaqı” prezident seçkilərində də qalib gəlməlidir. Sinan Oğan seçicilərini Ərdoğana səs verməyə çağırıb.

Sinan Oğan seçki kampaniyası dövründə onu dəstəkləyənlərə, səs verənlərə təşəkkür edib.

O qeyd edib ki, seçkilərdə 9 faizdən çox səs alacaqlarını gözləyirmişlər.

Oğan həmçinin qeyd edib ki, miqrantlar, zəlzələ və iqtisadi məsələlər Türkiyə üçün vacib məsələlər olaraq qalmaqdadır. Sinan Oğanın sözlərinə görə, terrorçuların siyasi qolları siyasətdən təmizlənməlidir və milliyətçilər artıq yenidən türk siyasətində önəmli rol oynayır.

Siyasətçi, həmçinin əlavə edib ki, Türk Dövlətləri Təşkilatı daha da gücləndirilməlidir, onun əməkdaşlıq sahələri genişləndirilməlidir.

Xatırladaq ki, “ATA İttifaqı”nın prezidentliyə namizədi Sinan Oğan seçkinin birinci turunda 5,17 faiz səs toplayıb. O, mayın 28-də keçiriləcək seçkinin ikinci turu öncəsi həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, həm də “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu ilə görüş keçirib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR