Şimali Koreya Cənubi Koreyaya zibil və peyinlə doldurulmuş 150-dən çox şar göndərib.
Tvit.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Cənubi Koreya hərbçiləri mayın 28-i axşam saatlarında sərhədi keçən obyektləri qeydə almağa başlayıblar. Şarlar bütün əyalətə düşüb və Cənubi Kyonqsan əyalətinə çatıb.
Topların içərisində peyin, batareyalar, plastik butulkalar və digər tullantılar tapılıb.
Elmin Alışov