12 C
Baku
Cümə, Aprel 26, 2024

Bizə yaz

Serj Sarkisyan külli miqdarda rüşvət almaqda ittiham olunub

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana qarşı xüsusilə külli miqdarda rüşvət almaq ittihamı irəli sürülüb.

Tvit.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bununla bağlı S.Sarkisyan ölkəni tərk edə bilməz.

Qeyd edək ki, bir müddət əvvəl eks-prezidentin vəkili Amram Makinyan bildirib ki, sahibkar Silva Hambardzumyanın Sarkisyana rüşvət verməsi ilə bağlı ittihamlar səsləndirilir. O, 2018-ci ilin noyabrında müxtəlif vaxtlarda yüksək vəzifəli məmurlara rüşvət verdiyini bəyan edib.

Ambartsumyan əvvəlcə Sarkisyana rüşvət vermədiyini və onunla münasibətlərinin olmadığını iddia etsə də, hazırda verdiyi ifadədə tam əksi qeyd olunub.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR