16 C
Baku
Cümə axşamı, Mart 28, 2024

Bizə yaz

Selçuk Bayraktarın atası dəfn olunub

İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişən “Baykar” şirkətinin İdarə heyətinin sədri Özdemir Bayraktar dəfn olunub.

Tvit.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Baykar Teknoloji” şirkətinin texniki direktoru Selçuk Bayraktarın atası olan iş adamı Özdemir Bayraktar üçün Fatih məscidində vida mərasimi təşkil olunub.

Mərasimə Özdemir Bayraktarın həyat yoldaşı və oğulları ilə yanaşı Türkiyənin bir sıra siyasi və ictimai xadimləri də qatılıb. Onların arasında ölkənin vitse-prezidenti Fuat Oktay, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, eks Prezident Abdullah Gül, səhiyyə naziri Fəxrəddin Koca və digər nazirlər də var.

Vida mərasimindən sonra Özdemir Bayraktarın cənazəsi anadan olduğu Sarıyerin “Garipçe” məhəlləsində ailə qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Selçuk Bayraktarın atası, mühəndis və sənayeçi Özdemir Bayraktar oktyabrın 18-i 72 yaşında vəfat edib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR