15 C
Baku
Şənbə, Aprel 20, 2024

Bizə yaz

Saakaşvili Batumi şəhərindədir

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili ölkəsinə qayıdıb.

Tvit.az-ın xəbərinə görə, bu barədə Saakaşvili “Faceebok” hesabında bildirib.

“Sabahın xeyir, Gürcüstan! Artıq 8 il sonra Gürcüstanda”, – eks prezident qeyd edib.

Daha sonra, M. Saakaşvili özünün “Facebook” hesabında Batumidən video yayıb.

M. Saakaşvili öz tərəfdarlarını sabah keçiriləcək yerli özünüidarəetmə seçkilərində iştirak etməyə çağırıb.

“Bura Batumidir. Biz oktyabrın 2-də seçkilərdə iştirak etməli, Vahid Milli Hərəkat partiyasına səs verməliyik”, – sabiq prezident qeyd edib.

Gürcüstanın Daxili İşlər Nazirliyi M. Saakaşvilinin ölkəyə qayıtması xəbərini nə təsdiq, nə də inkar edib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR