24 C
Baku
Şənbə, Sentyabr 21, 2024

Bizə yaz

Rusiyanın qaz tədarükünü kəsməsi Aİ-nin 12 ölkəsinə təsir edib

Rusiyanın qaz tədarükünü kəsməsi Avropa İttifaqının 12 ölkəsinə təsir edib.

Tvit.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) iqlim siyasəti üzrə rəhbəri Frans Timmermans bildirib.

O qeyd edib ki, Rusiya enerjidən silah kimi istifadə edir və bu günlərdə qaz tədarükünün dayandırılması ilə bağlı əlavə bəyanatlar veriləcək.

“Bütün bunlar Rusiyanın bizim birliyimizi sarsıtmaq cəhdləridir”, – Timmermans Avropa Parlamentində deyib.

Onun sözlərinə görə, indi 12 üzv ölkə Rusiyanın tədarükü birtərəfli qaydada dayandırmasından təsirlənib: “Qaz tədarükünün tam dayandırılması riski indi hər zamankından daha realdır”.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR