19 C
Baku
Çərşənbə, Aprel 24, 2024

Bizə yaz

Rusiyanın fövqəladə hallar naziri təlimdə həlak olub

Rusiyanın fövqəladə hallar naziri, ordu generalı Yevgeni Ziniçev həlak olub.

Tvit.az-ın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, Y. Ziniçev xidməti vəzifəsinin icrası zamanı ölüb.

Məlumatda bildirilir ki, Rusiyanın fövqəladə hallar naziri Norilskdə tanınmış kinorejissor Aleksandr Melnikin həyatını xilas edərkən həlak olub.

Belə ki, Aleksandr Melnik Şimal dəniz yolu və Arktikanın inkişafına həsr olunmuş, özünün yeni sənədli filminin çəkilişlərinə yer seçimi üçün Norilskə gəlib.

TASS-ın əldə etdiyi məlumata görə, A. Melnik də həyatını itirib.

Y. Ziniçev 1966-cı ildə Leninqradda (indiki Sankt-Peterburq) doğulub. 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri təyin olunub.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvü idi.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR