Rusiyanın Daimi Nümayəndəliyi Britaniya ilə diplomatik əlaqələrin kəsilməsini son çarə adlandırıb.
Tvit.az xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Böyük Britaniya səfirliyinin əməkdaşlarının kəşfiyyat fəaliyyəti ilə bağlı FSB-nin məlumatlarını şərh edərkən deyib.
“Diplomatik münasibətlərin tamamilə kəsilməsi , əlbəttə ki, tamamilə həddindən artıq bir tədbirdir və burada müsbət və mənfi cəhətləri ölçmək lazımdır”, – deyə o bildirib.
Aysel Şirinova