18 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

Rusiyanın AŞ NK və AŞPA-da təmsilçilik hüququ dayandırılıb

Avropa Şurası Rusiyanın təşkilatda səsvermə hüququnu dayandırıb.

Tvit.az-ın xəbərinə görə, bu barədə Avropa Şurasının Nazirlər Komitəsinin bu gün keçirilən iclasında qərar verilib.

Qərara əsasən, Rusiya Avropa Şurasının Nazirlər Komitəsində və Avropa Şurası Parlament Assambleyasındakı təmsilçilik hüquqlarından istifadə edə bilməyəcək. Bu isə o deməkdir ki, Rusiya Avropa Şurasında səsvermə hüququndan məhrum edilir.

Qeyd edək ki, bu qərar Rusiyanın fevralın 24-dən etibarən başlayan Ukraynaya hərbi müdaxiləsi ilə bağlıdır.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR