14 C
Baku
Cümə axşamı, Sentyabr 19, 2024

Bizə yaz

Rusiyada barıt zavodunda yanğın: 16 nəfər ölüb

Rusiyanın Ryazan vilayətinin Şilov rayonunda “Elastik” zavodunun barıt sexində yanğın baş verib.

Tvit.az TASS-a istinadən bildirir ki, hadisə nəticəsində 16 nəfər ölüb, yararlılar var.

FHN-in yerli idarəsindən 9 nəfərin taleyinin naməlum olduğu açıqlanıb.

Yanğına texnoloji prosesin pozulmasının səbəb olduğu bildirilir.

Hadisə yerinə yanğınsöndürmə briqadaları və iki təcili yardım heyəti cəlb olunub. Yanğının qarşısının alınması üçün tədbirlər görülür.

Xilasetmə xidmətindən verilən açıqlamaya görə, yanğın barıt saxlanan birmərtəbəli sexdə qeydə alınıb. Sexin binası tamamilə uçub. Əhali üçün təhlükə olmadığı bildirilir.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR