Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərindəki dəmir yolu stansiyasına endirilən raket zərbəsi zamanı ölənlərin sayı 39 nəfər çatıb.
Tvit.az xəbər verir ki, bu barədə Ukrayna Radasının “Twitter” səhifəsində məlumat yer alıb. Ölənlərdən 4-nün uşaq olduğu bildirilir.
Ukrayna raket zərbəsinin Rusiya artilleriyası tərəfindən endirildiyini açıqlayıb.